Şirkətiniz böyüdükçə yeni bir sayta vəya köhnə saytınızın yenilənməsinə yönəlik ehtiyacınızın artmağa başladığını görəcəksiniz. Satışları daha rahat etmək üçün bir veb saytiniz olmaya bilər vəya köhnə saytınız şirkətinizi artıq yetəri qədər ifadə edə bilməyə bilər. Bu halda yeni sayt sifarisi zamanı nələri düşünəcəyinizi, necə bir sayt istədiyinizi və kimlərə ehtiyac duyduğunuzu qərarlaşdırmaq çətin ola bilər.
Xüsusilə veb sayt sifarisi mərhələsindən saytınızın istifadəyə uyğun hala gətirə bilən peşekar mütəxəssislərdən ibarət bir komandanız yoxdursa, bu halda veb sayt sifarisi və saytın yaradılması üçün agentlik seçimi etməli ola bilərsiniz.
Doğru xidmət seçimi hər zaman asan olmaya bilər. Bu səbəbdən bu yazımızda sizin üçün doğru agentlik seçimi qarşısında olduğunuzda özünüzə verməli olduğunuz sualları müəyyən edib sizinlə paylaşırıq.
Sayt sifarisi zamanı cavabını tapmalı olduğunuz ilk sual sayt yaratmaqla nəyi hədəflədiyinizdir. Daha müasir dizaynlı bir sayt hədəfləyə bilərsiniz lakin düşündüyünüz dizayn müştərinin mal və xidmətlərinizdən yararlanmasını çətinləşdirə bilər. İşində peşekar olan mütəxəssislərdən ibarət olan agentliklər belə çətinliklər yaşamağınızın qarşısını alaraq həm sizin, həm də müştərilərinizin ehtiyaclarını eyni zamanda qarşılayacaqdır.
Sadəcə sayt sifarisi zamanı yox, hərhansı bir mal və xidmət satın alarkən büdcənizi bilmək hansı xidməti alacağınızda sizə kömək olacaq. Büdcənizi təyin edib büdcəniz haqqında araşdırmalar etdiyiniz zaman əlinizdəki büdcə ilə hədəflədiyiniz saytı yaradıb yarada bilməyəcəyinizdən əmin ola bilərsiniz.
Sayt sifarisi üçün agentlik seçimi zamanı diqqətə almalı olduğunuz bir digər faktor isə seçdiyiniz agentliyin dəstək paketinin olub olmamasıdır. Əgər veb saytlarin yaradilmasi sahəsində təcrübəniz yoxdursa və saytınız hazırlandıqdan sonra belə sayt idarəetməsində çətinlik yaşayacağınızı düşünürsünüzsə seçəcəyiniz agentliyin dəstək paketinin olub olmadığına baxın.
Agentlik seçimi zamanı necə bir agentlik seçməli olduğunuzu müəyyən etmək bəzən çətin və vaxt alan bir proses ola bilər. Agentlik seçimi zamanı adətən qarşınızda 2 seçim olur; (1) sadəcə istədiyiniz xidməti həvalə etmək üçün nəzərdə tutulan sadə agentliklər və (2) strateji partnyorlar.
Sadə agentliklər sizin ehtiyac duyduğunuz xidməti sizə təmin etdikdən sonra işlərinə davam edərək bir başqa müştərinin xidmət ehtiyacını cavablandırırlar. Bu növ agentliklər qiymət baxımından sərfəli olsa da agentliklə aranızdakı əlaqə sadəcə ticarət məqsədli olacaq.
Strateji partnyorlar isə sizinlə güclü partnyorluq əlaqəsi quraraq biznesinizin ehtiyaclarını, hədəflərini və bacarmaq istədiklərini diqqətə alaraq xidmət növünü xüsusiləşdirir. Bu halda göstərilən xidmətin keyfiyyəti ilə birlikdə hazır olma müddəti də artır. Lakin biznesinizin böyüməsi və daha çox uğur əldə etməsi üçün strateji partnyorların köməyi çox vacib ola bilər.
Saytınız hazır olduqdan sonra saytınızın təhlükəsizliyi və davamlı olaraq optimizasiyası təmin olunmalıdır. Bunu özünüz edə bilmirsinizsə, agentliyin sizə əlavə dəstək paketi təmin edib etmədiyini bilməlisiniz. Əgər sayt sifarisi zamanı agentlik sizə xidmət keyfiyyətinin davamlılığının təmin olunması üçün müəyyən bir müddət üçün dəstək paketi təmin etməyibsə, dəstək paketi almaq məcburiyyətində qala bilərsiniz.
Unutmayın, sayt sifarisi zamanı doğru şirkəti tapmaq vaxt tələb edən bir prosesdir. Doğru agentlik biznesinizin uğurunda çox böyük rol oynaya bilər. Bu səbəbdən xidmətlərinə güvəndiyiniz bir agentlik seçimi çox vacibdir.